Nardaranda “Bilik evi” yaradılacaq


“Nardaran camaatı ilə söhbətlər aparılacaq, onların multikultural əhvalı, dinə, dövlətə münasibəti istiqamətində bir çox iş görüləcək”. 

APA-nın məlumatına görə, bunuAzərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev deyib. Onun sözlərinə görə, Nardaran sakinləri buna mənən hazırdır: “Nardaranda və Bakının başqa kəndlərində çox dəyərli ziyalılarımız olub və var. Bizim əsas dayaq nöqtələrimiz o insanlar olacaq”.

K. Abdullayev əlavə edib ki, Nardaranda “Bilik evi”nin yaradılması planlaşdırılır. 

Tarix: 22.01.2016

Son xəbərlər