Bilik Fondu TQDK ilə əməkdaşlıq edəcək


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə görüşüblər. Görüşdə bu dövlət qurumlarının gördükləri işlər, həyata keçirdikləri layihələr və qarşıda duran vəzifələr barəsində fikir mübadiləsi aparılıb, iki qurum arasında əməkdaşlığın istiqamət və perspektivləri müzakirə edilib.

Fondun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən O.Səmədov əhalinin maariflənməsində TQDK kimi bir qurumla əməkdaşlığın vacibliyini vurğulayıb, birgə həyata keçiriləcək layihələrin daha səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Bilik Fondunun fəaliyyətini yaxından izlədiyini və alqışladığını deyən Məleykə Abbaszadə maarifçilik istiqamətində aparılan işləri dəstəklədiyini, rəhbərlik etdiyi Komitənin Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün Fondla birgə çox işlər görə biləcəyini qeyd edib.
Görüşdə TQDK-nın Ali təhsil üzrə yoxlama–ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev, Magistratura üzrə yoxlama–ölçmə materiallarının işlənməsi sektorunun müdiri Məhəbbət Əkbərli də iştirak ediblər. 
Yaxın zamanlarda TQDK ilə Bilik Fondu arasında əməkdaşlığa dair sənədin hazırlanıb imzalanması qərara alınıb.

Tarix: 24.01.2015

Son xəbərlər