Bilik Fondu SOS Uşaq kəndinin sakinlərini təbrik edib - Fotolar


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı vaxtdan əhalinin bütün zümrələrinə, xüsusilə məktəb yaşlı uşaqlara böyük diqqət və qayğı ilə yanaşır, onların Fondun həyata keçirdiyi bir çox layihələrə fəal şəkildə qoşulmasına çalışır.

Dövlətimiz uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənlikləri keçirir, onları bir araya yığır, sevindirir.

Bütün bunların davamı kimi Bilik Fondu da mütəmadi olaraq istedadlı uşaqların sərgilərini keçirir, balaca rəssamlara verilən dəstək onların yaradıcılğının genişlənməsinə təkan verir. "Vətənin pərvəri ol", "Kitabi-Dədə Qorqud uşaqların gözü ilə", "Fidanların çiçək dünyası", "Xalq nağıllarımız balacaların fırçasında" mövzusunda keçirilmiş sərgilər uşaqların estetik ruhunun cilalanmasında, istedadlarinin stimullaşdırılmasında böyük rol oynayır.

Uşaqların kitaba, mütaliəyə marağının artırılması məqsədilə də silsilə tədbirlər, dəyirmi masalar təşkil olunur, uşaq yazarları ilə görüşlər keçirilir. Həmçinin, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün onların Azərbaycan İncəsənəti Muzeyinə, Tarix Muzeyinə, Xalça Muzeyinə, Teatr Muzeyinə, Hərb Tarixi Muzeyinə, Qubadakı Soyqırım Memorial Kompleksinə vaxtaşırı səfərləri təşkil olunur. Uşaq və yeniyetmələr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Muğam Mərkəzində maraqlı tamaşalara dəvət olunurlar.

Valideyn qayğısından məhrum olan uşaqlar da Bilik Fondunun diqqət mərkəzindədir. Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri tez-tez uşaq evlərinə gedir, onların hərtərəfli inkişafı üçün müxtəlif tədbirlər keçirirlər.

Bu dəfə Bilik Fondu SOS Uşaq kəndində yaşayan balacaların bayramını təbrik edib.

Fondun təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə SOS Uşaq kəndində məskunlaşan uşaqlar Dövlət Pantomima Teatrında “Fəlakət” tamaşasına baxıblar.

Təbii fəlakətlər və onlardan qorunma yolları haqqında geniş informasiya verən tamaşa balacarın marağına səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 31.05.2016

Son xəbərlər