1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü


1924 -cü ildə ilk dəfə olaraq Böyük Britaniyada uşaqların hüquqlarının təmin edilməsi ilə bağlı bəyənnamə qəbul edilib. Eglantyne Djebb tərəfindən hazırlanan bəyənnamədə deyilirdi: "Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin".

Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, E. Djebb uşaqların xüsusi müdafiəyə ehtiyacı olması ilə bağlı təbliğat işləri aparmağa başladı. E. Djebb hələ 1919-cu ildə bacısı Doroti Bakston un köməyi ilə Londonda Uşaqlara Yardım Fondunun əsasını qoymuşdur.

1950-ci il, iyunun 1-də BMT Baş Assambleyasında təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndi və həmin tədbirdə də iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan edildi.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli Sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.

 

Tarix: 01.06.2016

Son xəbərlər