Nardaran Bilik Evində Uşaqların Beynəlxalq Müdafiəsi Günü deyd edildi


1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evində ətraf qəsəbələrin məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə tədbir keçirilib. 

Nardaran Bilik Evinin rəhbəri qəsəbədəki 295 nömrəli tam orta məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova məktəbliləri Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Dünyanın hər yerində cəmiyyətin gələcəyi olan uşaqlara qayğı ilə yanaşmağın vacibliyini vurğulayan D.Cəbrayilova on illərdir bütün dünyada Uşaqların Beynəlxalq müdafiəsi gününün qeyd olunmasını alqışlayıb.

Bilik Fondunun əməkdaşı Elnarə Əliyeva Fondun balacaların maariflənməsi istiqamətində həyata keçirdiyi layihələrdən danışıb, uşaqları müdafiə etməyin bəşəriyyətin ən əsas vəzifəsi olduğunu deyib. 

Tədbirdə Nardaran və Maştağa qəsəbələrindəki 295, 293, 255, 128, 108, 22 nömrəli tam orta məktəblərin şagirdləri və müəllim kollektivi iştirak edib. Məktəblilər Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hazırladıqları mahnı və rəqs nömrələrini nümayiş etdiriblər. Uşaqların rəsm işlərindən ibarət sərgi tədbir iştirakçılarının marağına səbəb olub. İştirakçi məktəblərə Fondun tərifnamələri təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 01.06.2016

Son xəbərlər