Bilik Fondu Ali Neft Məktəbində narkomaniya əleyhinə tədbir keçirib


26 iyun - Beynəlxalq Narkomaniya və Narkobizneslə mübarizə günüdür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər həyata keçirir.

Bu silsilədən Fondun növbəti tədbiri Bakı Ali Neft Məktəbində təşkil edilib. 
Tədbiri BANM-nin prorektoru, professor Ramiz Hümbətov açıb dinləyicilərə belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, Bilik Fonduna tədbir üçün təşəkkür edib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun maarifçilik missiyasından və “Narkomaniyaya yox deyək” layihəsindən söhbət açıb. Sonra söz Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Dilşad Mahmudovaya verilib. Natiqin “Sağlam həyatı seçək, narkomaniyaya yox deyək” mövzusunda mühazirəsi BANM-nin professor, müəllim və tələbə heyəti tərəfindən maraqla dinlənib.  Narkomaniya əlehinə qısa filmin nümayişindən sonra tədbir polemika və müzakirə ilə davam edib. 

Bilik Fondunun təşkilatçılığı ilə bu qəbilli maarifləndirici tədbirlərin digər ali məktəblərdə, eləcə də regionlarda keçirilməsi davam edir.

Tarix: 06.06.2016

Son xəbərlər