Beynəlxalq konfransa hazırlıq davam edir


"Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri"
 
Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 8-9 sentyabr 2016-cı ildə "Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri" adlı beynəlxalq konfrans keçirilməsi planlaşdırılır.
 
Azərbaycan Prezidenti İlham Əliyevin 11 mart Sərəncamı ilə təsdiq edilən “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, keçiriləcək konfransın təşkilat komitəsinin üzvləri – AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, İnstitutun Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri, filologiya elmləri doktoru Mayıl Əsgərov və şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülrux Həsənova iyulun 5-də Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və baş məsləhətçi Ceyhun Musayevlə görüşüblər.
 
Görüşdə konfransın təşkilatı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, görüləcək işlərin detalları müəyyənləşdirilib.
 
Qeyd edək ki, təşkilatçıların "Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri" adlı beynəlxalq konfransa hazırlıq məqsədi ilə Bilik Fondunda keçirdiyi ilk görüş martın 9-da olub.
Tarix: 05.07.2016

Son xəbərlər