Bilik Fondu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə fəaliyyətə başlayır


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan  Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında 22 iyun 2016-cı il tarixində imzalanmış Əməkdaşlıq Sazişinə əsasən sentyabr-dekabr aylarında birgə keçiriləcək tədbirlər planının növbəti müzkirəsi keçirilib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun nümayəndələri, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə və Mərkəzin əməkdaşları iştirak ediblər.

Fondda keçirilən müzakirədə hər iki tərəfin razılığı ilə hazırlanan 15 bənddən ibarət fəaliyyət planı əlavə və dəyişikliklər edilməklə təsdiqlənib. Artıq sentyabrdan başlayaraq, Bilik Fondu ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi sağlam həyat tərzinin təbliği istiqamətində müxtəlif məzmunda tədbirlər keçirəcək. Bu tədbirlərə mühazirələr, konfranslar, forumlar, görüşlər, dəyirmi masalar daxildir. Tədbirlərin keçiriləcəyi məkanlar və iştirak edəcək mütəxəssilərin siyahısı da hazırlanıb. Hər iki tərəf birgə fəaliyyət planından razılıqlarını ifadə ediblər və görüləcək işlərin əhalinin sağlamlığına töhfə verə biləcəyinə əminliklərini bildiriblər. 

Tarix: 21.07.2016

Son xəbərlər