Şəmkir Bilik Evində Mətbuat Günü keçirildi


22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətlə Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə  mətbuat işçiləri, jurnalistlər və rayon ictimayətinin nümayəndələri iştirak ediblər.

Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşları Arzu Həsənova və Fəxri Yusibov, "Respublika" qəzetinin bölgə müxbiri Eyvaz Həmid, Şəmkir Rayon Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ana yurdu” qəzeti və “Dünya meridianı” jurnalının təsisşisi Təranə Abdullayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatının sahibi İlham İlham, Şəmkir Rayon Mədəniyyət Mərkəzinin müdiri Tural Əliyev və digər şəxslər çıxışlarında mətbuatın “Əkinçi” qəzeti və Həsən bəy Zərdabidən bu yana keçdiyi yoldan, mətbuatımızdakı yeniliklərdən, jurnalistələrə göstərilən dövlət dəstəyi və qayğıdan söhbət açıblar.

Sonda iştirakçılar Şəmkir Heydər Əliyev Mərkəzi əməkdaşlarının Mətbuat günü ilə əlaqədar hazırladıqları Üzeyir Hacıbəyovun “Koroğlu” uverturası fonunda videoçarxa tamaşa ediblər.

Tarix: 22.07.2016

Son xəbərlər