Bilik Fondu Mehdiabad və Fatmayı məscidlərinə kitablar hədiyyə etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu məscidlərin elmi, bədii, dini, dünyavi kitablarla təminatı missiyasını uğurla davam etdirir. Bilik Fondunun “Məscid kitabxanası” layihəsi çərçivəsində həyata keçirilən missiyaya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi dəstək olurlar. Kitablar bu qurumların tövsiyəsi ilə seçilir.

Bilik Fondunun İnformasiya təminatı sektorundan verilən məlumata görə, “Məscid kitabxanası” layihəsinin növbəti ünvanı MehdiabadFatmayı qəsəbələrində fəaliyyət göstərən məscidlər olub. Fondun mətbuat katibi Ceyhun Musaoğlunun iştirakı ilə məscid rəhbərliyi və dindarlarla görüşlər keçirilib, onlara layihənin mahiyyəti barədə məlumat verilib. Dindarlar məscidlərə kitablar hədiyyə olunmasını böyük ruh yüksəkliyi ilə qarşılayaraq bildiriblər ki, İslam dini elmə, savada çox böyük üstünlük verir. Bu mənada din əhlinin mütaliə etməsi olduqca vacibdir. Onlar qeyd ediblər ki, belə görüşlər ibadətlə məşğul olanların dünya görüşlərinin artmasına böyük təkan olar ki, bundan həm şəxsin özü, həm cəmiyyətimiz, həm də dinimiz xeyir götürər. 

Tarix: 29.07.2016

Son xəbərlər