Təcrübəçilər sertifikatlar aldı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda müxtəlif universitetlərin tələbələri mütamadi olaraq, istesalat təcrübəsi keçirlər. Bu ilin  sonuncu təcrübəçiləri Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr və tərcümə fakültəsinin 3-cü kurs tələbələri olub.

40 saatlıq təcrübə müddətində tələbələr onlara verilən tapşrılqarı səylə yerinə yetirərək, özləri barəsində müsbət imic formalaşdırıblar. Təcrübənin əvvəlində və sonunda Bilik Fondunun icraçı direktoru Oktay Səmədovla görüşən tələbələr Fondun fəaliyyəti barədə ətraflı məlumat alıblar və Könüllülər Birliyinə üzv yazılıblar.

Təcrübəçi tələbələr aktiv fəaliyyəytlərinə görə, Bilik Fondunun sertifikatlarını alıblar. 

Tarix: 02.08.2016

Son xəbərlər