“Azərbaycanın Gənc Dostları Klubu” Bilik Fondunda gənclərlə görüşdü


Avqustun 29-u Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda  “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin həmsədrləri Salomeya  Lukaite və Dimitrious Asproulisun  gənclərlə görüşü olub.

Tədbiri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq qonaqları salamlayıb, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin mahiyyətindən söhbət açıb, fondun kulubla gələcək əməkdaşlığının fəaliyyət prespektivlərindən danışıb.

 Birliyin həmsədrləri görülən işlər barəsində qısa məlumat verdikdən sonra, onuda xüsusilə vurğulayıblar ki, az müddətdə  xeyli sayda xarici ölkələrin gəncləri “Azərbaycanın Gənc Dostları” olmaq üçün müraciət ediblər və  onlar  yaxın gələcəkdə  Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək üçün mobil qruplara çevriləcəklər.

  Görüşdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Bakı Multikulturalizm Mərkəzinin Layihələr sektorunun müdiri Sərxanbəy Xudiyev,   Binəqədi, Yasamal, Sabunçu və digər rayonların gəncləri, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Əmək və Sosial Münasibətlər akademiyasının tələbələri, YAP Gənclər Birliyinin, Asan Xidmətin könüllüləri,bu il bölgələrdə keçirilmiş Beynəlxalq Multikulturalizm  Yay Məktəbinin iştirakçıları, ictimaiyyət və mətbuat nümayəndələri olublar.

Tədbir “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin gördüyü və gələcəkdə görəcəyi işlərlə bağlı müzakirələrlə davam edib. Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən 18-27 İyul 2016-cı il tarixlərdə 16 ölkədən 50-dən çox tələbənin iştirakı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” Beynəlxalq Multikulturalizm Yay Məktəbi keçirilib. Həmin vaxt Yay Məktəbinin iştirakçıları Litvanın Pedaqoji Universitetinin tələbəsi Salomeja Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrious Asproulisin təşəbbüsü ilə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi yaradılıb. İctimai Birliyin təsis yığıncağı 6 iyun 2016-cı il tarixdə olub və o Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsi tərəfindən qeydiyyata alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

İnformasiya Təminatı sektoru

 

Tarix: 29.08.2016

Son xəbərlər