Azərbaycanın Bolqarıstandakı səfiri Bilik Fondunun qonağı oldu


Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə görüşən xanım səfir bu vəzifəyə təyin olunduğu müddət ərzində səfirliyin gördüyü  işlərdən danışıb. O. Səmədov da öz növbəsində rəhbərlik etdiyi qurumun xüsusən də Azərbaycanın dünyada tanıdılması istiqamətində həyata keçiridiyi layihələr barədə söz açıb.

Sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı mərasimini xatırladan xanım səfir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu şəhərin fəxri vətəndaşı seçilməsi hadisəsinə yerli mətbuatın böyük diqqət göstərdiyini bildirib.

Xanım səfir qeyd edib ki, Bolqarıstan ictimaiyyəti Azərbaycan haqqında obyektiv bilgilər almağa meyillidir və Heydər Əliyev Fondunun "Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına verdiyi dətək ölkəmizin təbliğatında müstəsna əhəmiyyət daşıyır.

Görüşdə Azərbaycanın Bolqarıstandakı səfirliyi ilə Bilik Fondunun gələcək əməkdaşlığının perspektivləri ətraflı şəkildə müzakirə olunub, hər iki tərəfdən səmərəli təkliflər səsləndirilib. Qərara alınıb ki, Bilik Fondunun "Azərbaycan elmi xaricdə" proqramı çərçivəsində Bolqarıstanda keçiriləcək müxtəlif tədbirlərin ilkin planı hazırlansın.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru  

Tarix: 27.09.2016

Son xəbərlər