Dərbənd Azərbaycanın ən qədim şəhərlərindəndir


Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı ili “Multikulturaılizm ili” elan etməsi müxtəlif layihələri reallaşdırmaq imkanını yaratmış, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək, Azərbaycan tarixinin yaddaş tarixini qorumaq  üçün şərait yaratmışdır. 2016-ci il 4-6 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Kultura+ internet kanalının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Dərbənd Azərbaycanın ən qədim şəhərlərindəndir” mövzusunda  Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, tarixçi-konfliktoloq Rizvan Hüseynovun çəkiliş qrupunun Dərbənd şəhərinə səfərini təşkil etmişlər. Azərbaycan tarixinin incilərindən olan “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində aparılan bu səfərin  əsas məqsədi Azərbaycan multikulturalızminin ilkin qatlarının yaranmasında özünəməxsus yer tutan Dərbənd şəhərinin keçmişini, Dədə-Qorqud ruhunun yaşadığı dünyanı geniş auditoriyanın diqqətinə çatdırmaqdır.   

 

Tarix: 06.10.2016

Son xəbərlər