Azərbaycan musiqisində multikultural dəyərlər


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studyasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan musiqisində multikultural dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

 QonaqlarıBakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli salamlayıb. Azərbaycan mədəniyyətinin zənginliyini vurğulayan professor musiqimizdə lap qədimdən multikultural meyllərin kök saldığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunin icraçı direktoru Oktay Səmədov Bilik Fondunun son vaxtlar təşkil etdiyi elmi konfranslardan söz açıb. İcraçı direktor deyib ki, Azərbaycan  Respublikası  Prezidentinin 7 may 2014-cü il tarixli  Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas məqsədlərindən biri Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və həyata keçirdiyi,  bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin təbliğindən, əhalini ən müxtəlif sahələrdə, o cümlədən də mədəniyyət sahəsində maarifləndirməkdən ibarətdir.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə bağlı  Bilik Fondu tərəfindən bir sıra maarifləndirici tədbirlər həyata keçiriib, müxtəlif konfranslar, “dəyirmi masa”lar  təşkil edilib. “Azərbaycan musiqisində multikultural dəyərlər” mövzusunda elmi-praktik konfrans da bu qəbildəndir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov ölkədə çoxmədəniyyətliliyin tarixi köklərindən və Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələrinə göstərilən bərabər münasibətdən danışıb.

Sonra söz məruzəçilərə verilib.

Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, Tariyel Məmmədov “Musiqinin tədrisində multikultural meyllər”, Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri doktoru, Mina Hacıyeva “Azərbaycan musiqisi və multikulturalizm”, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru , sənətşünasıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova “Musiqi elmində multikultural dəyərlər”, Milli Konservatoriyanın professoru, sənətşünaslıq doktoru Abasqulu Nəcəfzadə  “Azərbaycan çalğı alətləri multikultural kontekstdə” mövzusunda məruzə ilə çıxış ediblər.

Müzakirələrdən sonra konfrans bədii hissə ilə davam edib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 06.10.2016

Son xəbərlər