Nardaran Bilik Evində təlim kursları başladı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nardaran Bilik evində “İngilis dili”, “Rus dili” və “Kompüter texnologiyaları üzrə təlim kurslarına başladı.

Birinci mərhələdə kursu bitirən dinləyicilərin öyrənmə səviyyələri xüsusi komissiyya tərəfindən müəyyənləşdiriləcək və onlara sertifikatlar veriləcək.

Bilik Fondu təlim kurslarına ötən  il  başlayıb.Oğuz, Qax, Şəmkir Bilik Evlərində “İngilis dili”, “Rus dili” və “Kompüter texnologiyaları üzrə təlim kursların birinci mərhələsi başa çatıb və ikinci mərhələyə start verilib. Təlimləri müvəffəqiyyətlə bitirənlərə sertifikatlar hazırlanıb.

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günündə Bilik Fondunun İsmayıllı regional Bilik Evi açıldı və bu məkanda eyni fənnlər üzrə olan kurslar fəaliyyətə başlayıb.

Tarix: 08.10.2016

Son xəbərlər