Kamal Abdullayev: Azərbaycanda multikultural dəyərlər, tolerantlıq ənənələri əsrlərə söykənir


«Ölkəmizdə multikulturalizm həyat tərzidir. Azərbaycanda  multikultural dəyərlər, tolerantlıq ənənələri əsrlərə söykənir». Bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, Azərbaycanda normal tolerant mühit var, burada müxtəlif xalqların nümayəndələri, fərqli dinlərə mənsub insanlar eyni hüquqa malikdir və əsrlərdir qardaşlıq, dostluq şəraitində yanaşı yaşayırlar. Onun sözlərinə görə, Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir.

«Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları öz sırasında birləşdirir. Biz multikulturalizmin bu gününə və sabahına inanırıq. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıblar. Çox zaman xarici qonaqlar bizdən təəccüblə soruşurlar ki, necə olur, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri qardaş və dost kimi yaşaya bilirlər. Biz də buna təəccüblənirik: başqa cür necə olar bilər? Azərbaycan Prezidenti öz qayğısını bütün konfessiyalara eyni səviyyədə göstərir. Azərbaycan bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib. Bu gün fəxrlə Azərbaycan modelini bütün dünyada təbliğ edirik»- deyə, K.Abdullayev vurğulayıb.

Tarix: 10.10.2016

Son xəbərlər