Bilik Fondunda “Multikulturalizm və kitab” mövzusunda tədbir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Multikulturalizm və kitab” mövzusunda tədbir keçirilib. Bilik Fondunun və Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkil etdiyi tədbir 16 noyabr Beynəlxalq Tolerantlıq gününə həsr edilib. Tədbirdə AMEA-nın MEK-nın  əməkdaşı Sevil Əliyeva, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Sücayət Piriyeva, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə şöbəsinin müdir müavini Ruslan Əsgərov, baş məsləhətçi Güney Namazova, Bakı şəhəri Xətai rayon MKS-nın nümayəndələri iştirak ediblər.

Mərasimi Fondun icraçı direktoru Oktay Səmədov açaraq qonaqları salamlayıb və Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə təbrik edib. Tolerantlığın Azərbaycanda köklərindən söhbət açan icraçı direktor Bilik Fondunun ölkə ərazisində bu yönümdə həyata keçirdiyi tədbirlərdən danışıb. 

Xətai rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin baş kitabxanaçısı Gülzadə Quliyeva “Kitabxanalar və Multikulturalizm” mövzusunda məruzə ilə çıxış edib.

Sonra tədbir müzakirələrlə davam edib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 15.11.2016

Son xəbərlər